16 iyun tarixində Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin (AUIC) Baş İcraçı DirektoruNazim Hacıyev Bakıda keçirilən Investment Outlook Forum 2026-da iştirak edib. Forum Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən İslam İnkişafBankı Qrupunun İllik Toplantıları çərçivəsində təşkil olunub.
“Cənubi Qafqaz və Regionda Kapital, İnkişaf və İmkanlar” adlı panel sessiyasında N. Hacıyevtranssərhəd investisiyalar üçün bir sıra prioritet istiqamətləri vurğulayıb:
→ Logistika və nəqliyyat infrastrukturu
→ Rəqəmsal iqtisadiyyat
→ Təhsil
Beynəlxalq investisiya forumlarında iştirak AUIC-in regionun investisiya potensialının təşviqi, bazarın əsas iştirakçıları ilə əməkdaşlığın gücləndirilməsi və gələcək maliyyələşdirmə üçünperspektivli layihələrin müəyyənləşdirilməsi istiqamətində davamlı fəaliyyətinin ayrılmazhissəsidir.