Özbəkistanda Enterprise Uzbekistan mərkəzinin fəaliyyəti üçün şərtlər genişləndirilir. İştirakçılar üçün 2100-cü ilə qədər qüvvədə olacaq xüsusi hüquqi rejim tətbiq olunur.

Bu, “tənzimləyici sınaq (sandbox) mühiti”nin imkanlarını genişləndirir və investorlar üçün şərtləri daha çevik edir:

→ əməkhaqqının xarici valyutada ödənilməsi imkanı
→ məlumatların emalı üçün bulud texnologiyalarının istifadəsi
→ beynəlxalq əmək və hüquq standartlarının tətbiqi
→ əlavə vergi və gömrük güzəştləri

Mərkəz texnologiya və investisiya sahəsində yeni həllərin sınaqdan keçirilməsi üçün platformaya çevrilir. Prioritet istiqamətlər:

→ süni intellect

→ rəqəmsal transformasiya və R&D

→ startaplar və data mərkəzləri

2030-cu ilə qədər 1 000-ə qədər şirkətin cəlb edilməsi, 300 minədək iş yerinin yaradılması və $5 milyarda qədər ixrac potensialının formalaşdırılması planlaşdırılır.