Birgə Özbəkistan-Azərbaycan logistika mərkəzi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının infrastrukturu ilə inteqrasiya olunmuş ərazidə yerləşəcək.

Mərkəz Azərbaycanın dəmir yolu şəbəkəsi və Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən beynəlxalq nəqliyyat marşrutları ilə əlaqələndiriləcək.

Mərkəzin əsas funksiyaları:

→ malların saxlanılması və email

→ sürətləndirilmiş gömrük və tranzit rəsmiləşdirilməsi

→ yüklərin konsolidasiyası və multimodal aşırılması

Layihə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu marşrutunun həyata keçirilməsi fonunda xüsusi əhəmiyyət kəsb edir. Gözləntilərə görə, bu marşrut Çin və Mərkəzi Asiyadan Xəzər istiqamətində yük axınını əhəmiyyətli dərəcədə artıracaq, Bakı limanı isə Orta Dəhliz vasitəsilə yüklərin Avropaya daşınmasında əsas tranzit qovşağına çevriləcək.  Layihənin həyata keçirilməsi Daşkənd–Bakı marşrutu üzrə çatdırılma müddətini azaltmağa və daşımaların rəqabət qabiliyyətini artırmağa imkan verəcək.