Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr investisiya sazişi üzrə danışıqlara başlayıblar. Bakıda keçirilən hökumət başçılarının ikinci iclasında iştirakçılar qarşılıqlı ticarət dövriyyəsinin artırılması məqsədilə qeyri-tarif maneələrinin aradan qaldırılması kursunu da təsdiqləyiblər.
Prioritet istiqamətlər:
→ biznes və investisiya mühitinin yaxşılaşdırılması
→ işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi
→ birgə investisiya layihələrinin təşviqi
→ Türk Dövlətləri Təşkilatı(TDT)-nin 2027–2031-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması
Özbəkistanın Baş naziri Abdulla Aripovun sözlərinə görə, “qlobal beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq arxitekturasının parçalanması fonunda etimada, tarixi yaxınlığa və ümumi maraqlara əsaslanan regional təşkilatların rolu artır”.