Skip to content Skip to sidebar Skip to footer

Əminliklə investisiya. Məsuliyyətlə inkişaf.

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (AÖİŞ) investisiya fəaliyyətində hər bir vəsaitin sabitliyini, strateji mahiyyətini və nəticəyönümlülüyünü təmin edən prinsipləri rəhbər tutur. Biz yalnız rəqəmlərə deyil, etibara, dayanıqlı böyüməyə və uzunmüddətli dəyərə sərmayə qoyuruq. AÖİŞ investisiya portfelinin formalaşdırılmasında dörd əsas prinsipə əsaslanır:

1. Balanslaşdırılmış investisiya:

Biz aşağı volatil, sabit və artan tələbat olduğu sahələrə, eyni zamanda Özbəkistan və Azərbaycanda iqtisadi artımın istiqamətini müəyyən edə biləcək yeni və perspektivli sektorlara fokuslanırıq. Bu yanaşma etibarlılıqla ambisiyanı balanslaşdırmağa imkan verir.

2. Diversifikasiya – dayanıqlığın əsas aləti

AÖİŞ investisiya fəaliyyətini bir sahə ilə məhdudlaşdırmır. Əsasən emal sənayesi olmaqla, müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərə sərmayə yatırırıq. Beləliklə, biz riskləri minimuma endirir, çevik və möhkəm bir investisiya ekosistemi qururuq.

3. Güclü komandalara etimad

Bizim üçün uğurun əsasında insan amili dayanır. AÖİŞ olaraq sahə üzrə dərin biliklərə və sübut olunmuş idarəetmə təcrübəsinə malik komandalarla əməkdaşlıq edirik. Biz yalnız biznes qurmaqla kifayətlənmir, tərəfdaşlarımızla birlikdə ölkələrin iqtisadi dayanıqlığını artıran sistemli və uzunömürlü layihələrə imza atırıq.

4. Birbaşa və tam iştirak

Biz investisiya qərarlarını üçüncü tərəflərə həvalə etmirik. AÖİŞ yalnız birbaşa maliyyələşdirmə həyata keçirir, prosesə nəzarət edir və investisiyaya görə məsuliyyəti daşıyır. Bu model bizə hər bir əməliyyatda çevik, şəffaf və effektiv olmağa imkan verir.

AÖİŞ – strategiya, etimad və gələcəyə əsaslanan investisiyalar.