Biz inkişaf ambisiyaları olan və yeni mərhələyə keçməyə hazır şirkətlərlə uzunmüddətli tərəfdaşlığa açığıq.
Tərəfdaşlar üçün meyarlar
01
Müvafiq sektorda minimum 4 illik təcrübəyə malik ixtisaslaşmış idarəetmə komandası
02
Son 3 il ərzində müsbət kredit tarixçəsi
03
Borcun EBITDA-ya nisbətinin 3-dən aşağı olması
04
Borcun ödənilməsi əmsalı 2-dən yüksək olması
Tələb olunan sənədlər
Əgər AÖİŞ-in maliyyə dəstəyində maraqlısınızsa və ya əməkdaşlıq təklifi vermək istəyirsinizsə, aşağıdakı sənədləri [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur
Biznes plan/Texniki-iqtisadi əsaslandırma (TİƏ), maliyyə modeli və digər müvafiq sənədlər
Əməliyyat obyektinə dair məlumat, əsas fəaliyyət sahələrinin, biznes modelinin və uzunmüddətli inkişaf strategiyasının təsviri
Əməliyyat obyektinə aid maliyyə hesabatları, məlumat açıqlama qeydləri və auditor rəyi
Tərəfdaşların, əməliyyat obyektinin və digər iştirakçı tərəflərin son benefisiarları haqqında məlumat