AÖİŞ layihələri proqnozlaşdırılan səmərəlilik göstəriciləri əsasında qiymətləndirir. İnvestisiya zamanı hansı göstəricilər həqiqətən vacibdir və onlar layihənin gələcəyi barədə nə deyir?
📌 Daxili gəlirlilik norması (IRR). IRR – investisiya layihəsinin xalis indiki dəyərinin (NPV) sıfıra bərabər olduğu diskont dərəcəsidir. Bu göstərici layihənin gözlənilən gəlirliliyini əks etdirir və onun cəlbediciliyinin qiymətləndirilməsində istifadə olunur. AÖİŞ risklərdən və investisiya üfüqündən asılı olaraq minimum 12% IRR hədəfləyir.
📌 Kapital multiplikatoru
Bu, çıxış zamanı əldə olunan məbləğin yatırılan vəsaitə nisbətidir. Məsələn, 5 milyon ABŞ dolları yatırılıb, çıxışda 10 milyon ABŞ dolları əldə olunubsa, multiplikator 2x təşkil edir. AÖİŞ layihələr üzrə artım modeli, sektor və digər amillərdən asılı olaraq 1,5x–2,5x aralığında multiplikatoru hədəfləyir.
Bu metriklər aşağıdakılara kömək edir:
✔️ ən perspektivli layihələri seçməyə;
✔️ risklə gözlənilən gəlirlilik arasındakı nisbəti qiymətləndirməyə;
✔️ qərarları yalnız ideyalara deyil, hesablamalara əsaslanaraq qəbul etməyə.

