Skip to content Skip to sidebar Skip to footer

Invest in Azerbaijan informasiya sistemi istifadəyə verilir

Azərbaycanda investorlarla dövlət qurumları arasında qarşılıqlı əlaqəni daha rahat və şəffaf edən yeni Invest in Azerbaijan rəqəmsal platforması yaradılır.

Platforma investor müraciətlərinin elektron qaydada təqdim olunmasına, həmçinin ölkə bazarında fəaliyyət üçün zəruri olan bütün məlumatların – investisiya mühiti, aktual layihələr, tələblər, mövcud güzəştlər və imtiyazlar barədə informasiyanın əldə edilməsinə imkan verəcək.

Beləliklə, Invest in Azerbaijan investorlar üçün imkanlara çıxışı asanlaşdıran və inzibati maneələri azaldan vahid informasiya alətinə çevriləcək.

Platformanın sahiblik funksiyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, operator funksiyası isə AZPROMO-ya həvalə olunub.