Skip to content Skip to sidebar Skip to footer

Azərbaycan və Özbəkistanın investorlara cəlbediciliyi

2024-cü ildə Azərbaycan özünü dayanıqlı və proqnozlaşdırıla bilən iqtisadiyyat kimi təsdiqlədi. İllik ÜDM 74,3 milyard ABŞ dollarına, adambaşına düşən ÜDM isə 7 283 ABŞ dollarına çatdı. Birbaşa xarici investisiyaların həcmi 7,05 milyard ABŞ dolları təşkil edib ki, bunun da 468 milyon dolları neft-qaz sektoruna yönəlib. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı xammal asılılığını azaltmaq və daha dayanıqlı inkişaf modelinə keçid istiqamətində mühüm addımlar atır. Qeyri-neft sənayesində 11,2%-lik artım, və ya 3,4 milyard ABŞ dolları həcmi təşkil edir və qeyri-xammal ixracı və İKT sektorunda isə 12,2%-lik böyümə bu strategiyanın nəticələridir. Aqrar sektor və turizm sahəsində də nəzərəçarpacaq inkişaf müşahidə olunur.