Skip to content Skip to sidebar Skip to footer

Biz özəl sektora məxsus mövcud şirkətlərə və ya yeni yaradılan layihələrə pay əsaslı maliyyələşdirmə və ya birgə iştirak yolu ilə sərmayə yatırırıq.

Coğrafiya:

  • Əsas investisiya istiqamətlərimiz Özbəkistan və Azərbaycandır.

Sənaye:

  • Dayanıqlı və uzunmüddətli inkişaf dinamikasına malik bütün iqtisadi sektorlarda investisiyaları nəzərdən keçiririk.
  • Neft-qaz, müdafiə sənayesi, tütün-alkoqol və digər nüfuz riski daşıyan sahələrə investisiya etmirik.

İnvestisiya hədəfləri:

  • İnvestisiya həcmi: 1 milyondan – 25 milyon ABŞ dollarınadək
  • Kapitalda pay: 49%-ə qədər
  • Hədəf gəlirlilik səviyyəsi (IRR): 12%-dən yuxarı
  • Kapital multiplikatoru: 1.5–2.5 dəfə
  • İnvestisiyadan çıxış müddəti: 5-8 il

Əməliyyatlarda iştirak:

  • Direktorlar şurasında iştirak;
  • Yüksək səviyyəli rəhbərliyin təsdiq edilməsi;
  • Maliyyə və əməliyyat öhdəliklərinin müəyyən edilməsi;
  • Müntəzəm maliyyə və əməliyyat hesabatlarını əhatə edən qabaqcıl korporativ idarəetmə standartlarının tətbiqi.

Çıxış strategiyası

  • Payın strateji tərəfdaşa satılması investisiyadan çıxışın əsas strategiyasıdır

Digər növ çıxış strategiyası imkanları:

  • Put-opsion
  • İlkin səhm yerləşdirilməsi (IPO)
  • Səhmlərin təkrar alınması

AÖİŞ-in investisiya layihələrindən çıxışla bağlı qərarları diqqətli təhlil və faktorların qiymətləndirilməsinə əsaslanır, bunlara daxildir:


(1) çıxış üçün optimal vaxt və hədəflənən gəlirlilik;
(2) şirkətin səmərəliliyi;
(3) potensial investorlardan gələn sorğular.

Dəyərin formalaşdırılması və çıxış strategiyası

AÖİŞ idarəetmə komandaları ilə tərəfdaşlıq münasibətləri qurur, Direktorlar Şurasında iştirak etməklə, əsas hədəfləri razılaşdırmaqla və etibarlı maliyyə və əməliyyat yanaşmaları tətbiq etməklə dəstək göstərir. Fəaliyyətin ilk mərhələsindən etibarən yüksək korporativ idarəetmə standartlarına və şəffaf hesabatlılıq prinsiplərinə diqqət yetiririk. Bu isə biznesin davamlı inkişafına və investisiyadan uğurlu çıxış üçün hazırllaşmağa kömək edir.

Üstünlük verdiyimiz çıxış ssenarisi – uzunmüddətli vizyona malik, ixtisaslaşmış investora strateji satışdır. Alternativ olaraq, opsion hüququn reallaşdırılması, ilkin səhmlərin yerləşdirməsi (IPO) və ya təkrar əməliyyatlar mümkündür. Məqsədimiz – nəzarət olunan risk səviyyəsində cəlbedici gəlirlilik yaratmaq və dayanıqlı, miqyaslana bilən biznesin bünövrəsini qoymaqdır.