Skip to content Skip to sidebar Skip to footer

Özbəkistan inamlı inkişaf dinamikası və yüksək investisiya cəlbediciliyi ilə fərqlənir. 2025-ci ildə daxili istehlakın və ixracın artması sayəsində Özbəkistanın ÜDM-nin yüksələcəyi proqnozlaşdırılır.  Gözlənilir ki, 2025-2026-cı illərdə orta illik iqtisadi artım tempi 5,1% təşkil edəcək ki, bu da iqtisadiyyatın əsas sektorlarında müsbət tendensiyaları əks etdirir. 2022-ci ildən 2024-cü ilə qədər ÜDM-də emal sənayesinin payı sabit olaraq 21% səviyyəsində qalıb, hasnı ki bu sektorun iqtisadiyyatda əsas rol oynadığını vurğulayır. Eyni zamanda, kənd təsərrüfatının payının 23%-dən 21%-ə enməsi sənayeləşmə prosesinin sürətləndiyini və yüksək texnologiyalı sahələrə yönəlmiş investisiya imkanlarının genişləndiyini nümayiş etdirir. Bu dinamika Özbəkistanın müasir və rəqabətqabiliyyətli sənaye iqtisadiyyatına keçidini dəstəkləyən mühüm transformasiyaya işarə edir.