📌 2025-ci il martın 17-də Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin (AUİK) məsləhətçisi Zaur Bək Lekko şəhərində, Komo-Lekko Ticarət və Sənaye Palatasının qərargahında keçirilən “Özbəkistan: İtalyan şirkətləri üçün imkanlar” adlı biznes forumda iştirak edib. Tədbir İtaliya-Özbəkistan Ticarət və Sənaye Palatası ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub və iki ölkə arasında investisiyaların təşviqi və iqtisadi əməkdaşlığın inkişafına həsr olunub.
Forumun açılışında Özbəkistanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Abat Fayzullayev və iqtisadi və ticarət əməkdaşlığı üzrə məsləhətçi Burxonilla Xəmidullayev çıxış ediblər. Onlar öz çıxışlarında Özbəkistanın inkişaf üzrə strateji gündəliyini və təbii sərvətlər, tekstil, kimya və aqrosənaye kompleksi daxil olmaqla, əsas sektorlarda olan investisiya potensialını vurğulayıblar. Xüsusilə qeyd edilib ki, ölkə xarici sərmayələrə açıqdır və italyan şirkətləri üçün real imkanlar təqdim edir.
Netvörkinq sessiyası zamanı Zaur Bək AUİK-in missiyasını və mövcud təşəbbüslərini təqdim edib, həmçinin bir sıra italyan şirkətləri, o cümlədən Cotonella və Toscana Nastri ilə Özbəkistana yatırımlar və mümkün birgə layihələr üzrə danışıqlar aparıb.
🔸 Tədbirin əsas nəticələrindən biri kimi AUİK-in İtaliya-Özbəkistan Ticarət və Sənaye Palatasına üzv olmaq qərarı qəbul olunub. Bu üzvlük şirkətə artıq Özbəkistan bazarında fəaliyyət göstərən və ya çıxış planlaşdıran 100-dən çox italyan müəssisəsini əhatə edən şəbəkəyə çıxış imkanı verəcək və onun iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafındakı rolunu daha da gücləndirəcək

