Skip to content Skip to sidebar Skip to footer

İnvestisiya müraciətlərində tez-tez rast gəlinən səhvlər və onlardan yayınmaq yolları

Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin komandası hər bir müraciəti fərdi şəkildə nəzərdən keçirir. Bu təcrübəyə əsaslanaraq, investisiya müraciəti təqdim edərkən tez-tez buraxılan səhvlərdən yayınmaq üçün qısa, lakin faydalı bir bələdçi hazırlamışıq.


⚡️ Hətta güclü bir ideya belə, struktur, məntiq və əsas hazırlıq olmadan diqqətdən kənarda qala bilər.


Bunlardan çəkinin:


✖️ Ümumi və qeyri-müəyyən ifadələr


Məhsulun, hədəf auditoriyasının və ya biznes modelinin qeyri-konkret təsviri layihənin perspektivlərini qiymətləndirməyi çətinləşdirir.


✖️ Maliyyə hesablamalarının olmaması


Əsas maliyyə strukturu olmayan və ya həddindən artıq optimist proqnozlarla təqdim edilən layihələr kifayət qədər işlənilməmiş hesab olunur.


✖️ Komandanın rolunun qiymətləndirilməməsi


İnvestorlar təkcə ideyaya deyil, həm də onu həyata keçirən insanlara diqqət yetirirlər. Layihənin əsas iştirakçılarının tərcüməyi-halı mütləqdir.


✖️ Tərəfdaşlıq mexanizmlərinin nəzərə alınmaması


İnvestorla qarşılıqlı fəaliyyətin formatı, məsuliyyət zonaları, qərar qəbuletmə mexanizmləri və miqyaslanma imkanları nəzərə alınmalıdır.


✖️ Giriş məlumatının olmaması


Layihənin xülasəsi ilə qısa müşayiət məktubu ilkin təhlilin effektivliyini artırır.


Müşayiət məktubunun məzmununa dair tövsiyələr:


✔️ Aydın investisiya təklifini formalaşdırmaqщ


Layihə dəqiq biznes məntiqi ilə təqdim olunmalıdır: hansı problem həll olunur, hansı bazarda, hansı üsulla və hansı resurslar tələb olunur.


✔️ Reallığı və həyata keçmə imkanlarını əsaslandırmaq


İcra mərhələləri, vaxt çərçivəsi və əsas risklər göstərilməlidir.


✔️ Aktual sənədlər paketi təqdim etmək


Biznes-plan, bazar araşdırması, texniki-iqtisadi əsaslandırma (TİƏ), maliyyə modeli, komanda strukturu və layihə təşəbbüskarına dair məlumatlar — minimal, lakin zəruri siyahıdır.


✔️ AÖİŞ-in iştirak strukturunu anlamaq


Biz şirkətlərin kapitalına maksimum 49%-lik iştirak şərtləri ilə daxil oluruq. Təşəbbüskarın bu birgə iştirak modelini anlaması, strateji dialoqa və effektiv, şəffaf korporativ idarəetmə və hesabat sisteminin qurulmasına hazır olması bizim üçün vacibdir.


✔️ Strukturlaşdırma və qısalığa riayət etmək


Aydın və yığcam təqdimat komandanın peşəkarlığını və layihəyə dərindən bələd olduğunu göstərir.


Müraciəti bu ünvana göndərə bilərsiniz: office@AÖİŞ.uz

Əsas tələblərlə rəsmi saytımızda tanış olun: AÖİŞ.uz