Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (AÖİŞ) yalnız investisiya deyil, daha artığını təklif edir. Özbəkistan və Azərbaycanın davamlı inkişafına töhfə verən, böyüyən və innovasiyalara fokuslanan bizneslərə strateji inkişaf dəstəyi təmin etməyi istiqamət alıb.
İnvestisiya strategiyamız regionda güclü və rəqabətqabiliyyətli biznesləri dəstəklməkdir. Eyni zaman, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti hər iki ölkənin iqtisadiyyatını formalaşdıran çox şaxəli biznes portfelini yaratmağı hədəfləyir.
Əsas investisiya istiqamətlərimiz
Biz uzunmüddətli dəyər yaradan layihələrə sərmayə yatırırıq.
- Kapitala çıxış – böyümənin əsas qüvvəsi.
AÖİŞ-in investisiyaları sahibkarlara bizneslərini genişləndirmək, innovasiyalar tətbiq etmək və bazardakı mövqelərini gücləndirmək imkanı verir. - Birgə investisiyalar – uğura aparan tərəfdaşlıq modeli.
Biz şirkətlərlə riskləri bölüşür, onların yükünü azaldır və strateji qərarların qəbulu üçün dayanıqlı zəmin yaradırıq. - Şaxələndirmə – sabitliyin təməli.
Portfelimizə logistika, sənaye, kənd təsərrüfatı, texnologiya, bərpa olunan enerji və digər əsas sahələr daxildir. - Regional əməkdaşlığın inkişafı.
Biz Özbəkistan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsinə kömək edir, şirkətlərə yeni bazarlara, resurslara və biznes əlaqələrinə çıxış imkanı yaradırıq.

Əsas investisiya istiqamətlərimiz
Biz nəticə yönümlü investisiyalar yatıraraq, həm biznesə, həm də bütövlükdə iqtisadiyyata fayda verəcək şəkildə işləməsi üçün şərait yaradırıq.
Regionun gələcəyinə investisiya
Özbəkistan bu gün dəyişikliklər, iqtisadi islahatlar və artan imkanlar ölkəsidir. İnkişaf etmiş investisiya ekosisteminə malik Azərbaycanla birlikdə bu iki ölkə biznes üçün güclü platforma formalaşdırır. AÖİŞ bazarı dəyişdirməyə hazır olan sahibkarları və yeni nəsil liderləri dəstəkləyir. Biz böyük düşünən və gələcəyə hesablanmış addımlar atan layihələrə sərmayə yatırırıq. Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti biznes və iqtisadiyyatın inkişafında sizin strateji tərəfdaşınızdır. Uğurlu böyümənin təməlində güclü investisiya strategiyası dayanır.