Özbəkistan Qaraqalpaqıstanda süni intellekt və məlumat emalı mərkəzləri sahəsində layihələr üçün vergisiz zona yaradır. Reuters-in məlumatına görə, $100 milyon və daha çox investisiya qoyan xarici investorlar 2040-cı ilə qədər bütün vergilərdən və gömrük rüsumlarından tam azad olacaqlar.
Söhbət yalnız ayrı-ayrı layihələrin stimullaşdırılmasından getmir. Texnoloji sahələrə kapitalın cəlb edilməsi üzrə yeni model formalaşdırılır:
→ 2040-cı ilə qədər uzunmüddətli vergi zəmanətləri
→ dövlət tərəfindən infrastrukturun inkişafı
→ elektrik enerjisi üzrə güzəştli tariflər
Bundan əlavə, 2030-cu ilə qədər rəqəmsal infrastruktur və süni intellekt sahəsinə $1 milyarddan artıq investisiyanın cəlb olunması hədəf kimi müəyyən edilmişdir.