Biz özəl sektora məxsus mövcud şirkətlərə və ya yeni yaradılan layihələrə pay əsaslı maliyyələşdirmə və ya birgə iştirak yolu ilə sərmayə yatırırıq.
Coğrafiya və sahələr
İnvestisiya hədəfləri
Əməliyyatlarda iştirak
- Direktorlar şurasında iştirak;
- Yüksək səviyyəli rəhbərliyin təsdiq edilməsi;
- Maliyyə və əməliyyat öhdəliklərinin müəyyən edilməsi;
- Müntəzəm maliyyə və əməliyyat hesabatlarını əhatə edən qabaqcıl korporativ idarəetmə standartlarının tətbiqi.
Dəyərin formalaşdırılması və çıxış strategiyası
AÖİŞ idarəetmə komandaları ilə tərəfdaşlıq münasibətləri qurur, Direktorlar Şurasında iştirak etməklə, əsas hədəfləri razılaşdırmaqla və etibarlı maliyyə və əməliyyat yanaşmaları tətbiq etməklə dəstək göstərir. Fəaliyyətin ilk mərhələsindən etibarən yüksək korporativ idarəetmə standartlarına və şəffaf hesabatlılıq prinsiplərinə diqqət yetiririk. Bu isə biznesin davamlı inkişafına və investisiyadan uğurlu çıxış üçün hazırllaşmağa kömək edir.
Üstünlük verdiyimiz çıxış ssenarisi – uzunmüddətli vizyona malik, ixtisaslaşmış investora strateji satışdır. Alternativ olaraq, opsion hüququn reallaşdırılması, ilkin səhmlərin yerləşdirməsi (IPO) və ya təkrar əməliyyatlar mümkündür. Məqsədimiz – nəzarət olunan risk səviyyəsində cəlbedici gəlirlilik yaratmaq və dayanıqlı, miqyaslana bilən biznesin bünövrəsini qoymaqdır.