Özbəkistan Prezidenti bizneslə dövlət arasında publik münasibətlərdə yeni hüquqi prinsip – “sahibkarlıq subyektinin haqlı olması prezumpsiyası”nı tətbiq edən fərman imzalayıb. Bu prinsipə əsasən, dövlət orqanı əksini sübut edənədək sahibkarın qanun çərçivəsində fəaliyyət göstərdiyi qəbul olunur.

Əsas mexanizmlər:

→ Pozuntunun sübut edilməsi yükü dövlət orqanının üzərinə qoyulur.

→ Qanunvericilikdəki qeyri-müəyyənliklər sahibkarın xeyrinə şərh edilir.

→ Dövlət orqanı öz qərarına 30 gün ərzində yenidən baxa bilər; bu müddətdən sonra hüquqi təsir tədbirləri tətbiq edilmir.

Fərman, həmçinin cinayət işləri üzrə girovun qaytarılması prosedurunu sadələşdirir, gecikmələrə görə Mərkəzi Bankın dərəcəsi əsasında dəbbə pulu tətbiq edir və bəraət almış şəxslərə məqsədli fonddan maddi və mənəvi zərərin ödənilməsini nəzərdə tutur.