Sənaye zonaları Azərbaycanda istehsalın və ixracın inkişafını dəstəkləyən mühüm alətlərdən birinə çevrilir.
Bu günədək İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 7,2 milyard manatdan (təxminən 4,2 milyard ABŞ dolları) çox investisiya yatırılıb.
Bu müddət ərzində rezident müəssisələr 20,9 milyard manat (təxminən 12,3 milyard ABŞ dolları) dəyərində məhsul istehsal edib və satıb. Bunun 6,7 milyard manatdan çoxu (3,9 milyard ABŞ dolları) ixracın payına düşüb.
Azərbaycanda hazırda 9 sənaye parkı, 3 sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 148 rezident və 10 qeyri-rezident qeydiyyatdan keçib, həyata keçirilən layihələr çərçivəsində isə 11 200-dən çox daimi iş yeri yaradılıb.